Sağlam ağıl dişi niyə çıxarılır? Açıqlama

22.07.2026

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bəzi hallarda sağlam görünən ağıl dişlərinin də çıxarılması tövsiyə olunur.

Redaktor.az xəbər verir ki, amerikalı üz-çənə cərrahı Li Kojanis bunun səbəblərini izah edib.

Onun sözlərinə görə, ağıl dişləri ağızın arxa hissəsində yerləşdiyi üçün onları düzgün fırçalamaq və diş ipindən istifadə etməklə təmizləmək çətin olur. Bu isə gələcəkdə çürük və digər ağız sağlamlığı problemlərinə səbəb ola bilər.

Həkim bildirib ki, ağıl dişləri çürümə və ya kistaların yaranması, diş ətinin iltihabı, qonşu dişlərə, sinuslara və sinir kanallarına zərər vermə riski daşıyırsa, onların çıxarılması lazım gələ bilər.

Kojanis qeyd edib ki, əvvəllər insanlar daha sərt və lifli qidalar qəbul etdikləri üçün ağıl dişlərinə daha çox ehtiyac duyulurdu. Lakin zaman keçdikcə qidaların yumşalması ilə insan çənəsi kiçilib və ağıl dişlərinin çıxması üçün ağızda daha az yer qalıb.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью