Sağlam Azərbaycandan aldığı təklifi niyə rədd edib?

08.05.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Tanınmış türkiyəli məşqçi Ərtuğrul Sağlam Azərbaycandan təklif aldığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, 55 yaşlı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında bunun ötən il baş verdiyini söyləyib.

Sağlam “Kocaelispor”da işlədiyi zaman Azərbaycandan, eləcə də, Türkiyədən təkliflər aldığını etiraf edib: “Bu məsələni gündəmə gətirdinizsə, həqiqəti deyəcəyəm. Mənə Azərbaycandan və Superliqadan təklif gəlmişdi. Lakin bütün diqqətimi “Kocaelispor”a yönəltmişdim və müqaviləmə sadiq qalmaq istəyirdim. Buna görə də həmin təklifləri qəbul etmədim”.

Qeyd edək ki, ötən ilin dekabrında “Kocaelispor”dan ayrılan Ərtuğrul Sağlam hazırda işsizdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью