Icma.az bildirir, Azpolitika.az portalına istinadən. Azərbaycan Respublikasının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə K
Bu tarixi günlərdə hər birimiz məsuliyyətimizi hiss edərək, daha sağalam gələcək, daha təmiz dünya üçün səylərimizi birləşdirməliyik.
Bu gün mən ekologiya və insan hüquqlarının qarşılıqlı əlaqəsi və təsiri, ətraf mühitin mühafizəsi sahəsində qanunvericilik addımları və bu kontekstdə davamlı inkişafın əhəmiyyətinə toxunmaq istərdim.
Ekologiya və insan hüquqlarının əlaqəsi və qarşılıqlı təsiriSağalam ətraf mühit insan hüquqlarının təməli olan əsas ehtiyacların təmin edilməsidir.
Ekosistemlər tənəzzülə uğradıqda, bu hüquqlardan istifadə etmək imkanımız da olmur.
Məsələn, meşələrin qırılması, çirklənmə və biomüxtəlifliyin itirilməsi insan sağlamlığına və rifahına birbaşa təsir göstərir.
Ətraf mühitə vurulan zərər bərabərsizlikləri daha da gücləndirir, xüsusilə həssas qruplara,, qadınlara və uşaqlara təsir edir.
İnsan hüquqlarını müdafiə etmək üçün ətraf mühitə nəzarəti sərhədlərdən, siyasətdən və iqtisadi mənfəətdən kənara çıxan bir vəzifə kimi qəbul etməliyik.