Sağlam görünən məhsullar təhlükə yarada bilər XƏBƏRDARLIQ

29.01.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

İstehsalçılar tərəfindən “faydalı” kimi təqdim edilən məhsulların tərkibində sağlamlıq üçün təhlükəli əlavələr ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə həkim David Sespedes "Deia" nəşrinə açıqlamasında xəbərdarlıq edib.

Sespedes istehlakçıları qablaşdırma üzərində yazılan “yüngül”, “faydalı” və “təbii” kimi ifadələrə kor-koranə inanmamağa çağırıb. Onun sözlərinə görə, belə qeydlər olsa belə, məhsulun tərkibini mütləq oxumaq lazımdır.

Həkim xatırladıb ki, qablaşdırmada göstərilən inqrediyentlər siyahısı həmişə miqdarına görə – çoxdan aza doğru sıralanır. Buna görə də məhsulun tərkibində ilk göstərilən bir neçə komponentə xüsusi diqqət yetirilməlidir. Onların arasında şəkər, müxtəlif şərbətlər, modifikasiya olunmuş nişasta və rafinə edilmiş yağlar olmamalıdır, deyə o vurğulayıb.

Bundan əlavə, Sespedes “yağsız” və “aşağı kalorili” qeydlərinə də ehtiyatla yanaşmağı tövsiyə edib. Çünki yağın və kalorinin azlığı çox vaxt yüksək miqdarda şəkər və digər zərərli maddələrlə kompensasiya olunur.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью