Sağlam həyat tərzinin təbliği... FOTO

25.11.2026

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Noyabrın 25-də Astara şəhəri Fərman Əliyarov adına 6 saylı və Rasim Camalov adına 7 saylı tam orta ümumtəhsil məktəblərində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin dəstəyi ilə sağlam həyat tərzinin təbliği, idmanın inkişafı və idmana cəlb olunması istiqamətində görüşlər təşkil olunub.
Tədbirlərdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin əməkdaşı, Azərbaycan Cüdo Federasiyasının Astara rayonu üzrə məşqçisi, Cüdo üzrə Beynəlxalq dərəcəli məşqçi, idman ustası, II dan Qara kəmər ustası Əkbər Gənciyev çıxış edib iştirakçılara cüdo və digər idman növlərinin əhəmiyyəti barədə məlumat verib, eləcə idmanın gənclərin fiziki və mənəvi inkişafındakı rolundan danışıb.
Tədbirin keçirilməsində əsas məqsəd idman növlərinin təbliği, uşaq və yeniyetmələr arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təşviqi və gənc nəslin fiziki inkişafına dəstək olmaqdır.
Tural Əliyev,

Lerik rayonunun Dəstər kənd məktəbinin müəllimi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью