Sağlam KÖKƏLMƏNİN YOLLARI Tanınmış fitoterapevt açıqladı | Icma.az
Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sağlam kökəlmək istəyənlər çəki artımına mane olan səbəbi araşdırmalı və nədən şübhələnməli olduqlarını bilməlidirlər.
Kökəlməyə mane olan ilkin səbəblərdən biri qurd xəstəlikləridir.
Həkim-fitoterapevt Fizuli Hüseynov bağırsaq parazitlərini bədəndən xaric etmək üçün qarışım təqdim edib: - Dağtərxunu çiçəyi - 50 qram - Boymadərən otu - 50 qram - Qızılçətir otu - 50 qram - Səna yarpağı - 50 qram "Bu tərkib, demək olar ki, bütün qurdları tökür.
Bu bitkiləri bir-birinə qarışdırın, 2 xörək qaşığı qarışığı 3 stəkan qaynar suya tökün və çaynikdə dəmləyin, süzün və termosa tökün.
Böyüklər gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan, uşaqlar yarım stəkan olmaqla, yeməkdən əvvəl içə bilər.
Dəmləmə çox acı olduqda ona bal qatmaq olar". Fitoterapevt bildirib ki, kökəlməməyin ikinci səbəbi zob xəstəliyidir.
Bu zaman nə qədər yemək yeyilsə də, yenə də adam arıqlayır. Sizdə hansı zobun olduğunu və qanda yodun miqdarını bilmək lazımdır.
Tam oxu
Xəbəri oxu