“Sağlam məhəllə” idman zonasında idman tədbiri

10.08.2026

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən həftənin son günü Masallı şəhərində yerləşən “Sağlam məhəllə” idman zonasında Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “İdman hamı üçün” kütləvi açıq idman tədbiri təşkil olunub.
Əsas məqsəd əhali arasında sağlam həyat tərzinin təbliği, fiziki fəallığın artırılması və idmanın kütləviliyinin genişləndirilməsi oluan tədbir zamanı iştirakçılar “Sağlam məhəllə” idman zonasında quraşdırılmış müxtəlif idman qurğularından istifadə edərək fiziki məşqlər yerinə yetiriblər. Həmçinin basketbol oyunu təşkil olunub və iştirakçılar idman bacarıqlarını nümayiş etdirərək asudə vaxtlarını səmərəli və sağlam şəkildə dəyərləndiriblər.
Böyük maraqla qarşılanan tədbir sağlam həyat tərzinin təşviqinə, fiziki aktivliyin artırılmasına və sakinlərin idmana cəlb olunmasına öz töhfəsini verib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью