Sağlam qidalanma ilə geni dəyişmək mümkündür | Icma.az
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tiroid vəzinin autoimmun xəstəlikləri zamanı bədən çəkisinin artması geniş yayılmış problemdir.Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.Onun sözlərinə görə, bu xəstəliklərdə immun sistem tiroid vəzinə hücum edərək onun funksiyasını pozur.
Nəticədə metabolizm zəifləyir və bu da insanlarda bədən çəkisinin artmasına meyillilik yaradır.
Mütəxəssis bildirib ki, tiroid vəz orqanizmdə enerji mübadiləsini tənzimləyən əsas orqanlardan biridir və onun funksiyasının zəifləməsi kökəlməni sürətləndirir.Emin Məmmədov qeyd edib ki, bu prosesin qarşısını almağın əsas yollarından biri kalori defisiti yaratmaq və fiziki aktivliyi düzgün qurmaqdır.
Onun sözlərinə görə, xüsusilə əzələ kütləsinə yönəlmiş güc məşqləri mühüm əhəmiyyət daşıyır.Mütəxəssis-ekspert vurğulayıb ki, elmi tədqiqatlar sübut edir: güc məşqləri və sağlam qidalanma ilə hətta genetik olaraq kökəlməyə meyilli olan insanlarda belə bu riskin qarşısını almaq mümkündür.
Əzələnin aktiv işləməsi metabolizmi sürətləndirir və bədən çəkisinin nəzarətdə saxlanmasına kömək edir.O əlavə edib ki, düzgün idman proqramı və balanslı qidalanma tiroid problemi olan şəxslər üçün də effektiv nəticə verə bilər.Zeynəb Rzayeva Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu