Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Sağlam uzunömürlülüyün əsasını fiziki aktivlik, müntəzəm tibbi müayinələr və göstəricilərə nəzarət, eləcə də ailə dəstəyi formalaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə gazeta.ru-ya Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Piroqov Universitetinin Rusiya geriatrik elmi-klinik mərkəzinin direktoru, professor Olqa Nikolayevna Tkaçova məlumat verib.
Birinci amil müntəzəm fiziki aktivlikdir. Tkaçovanın sözlərinə görə, hərəkət insan üçün bir öhdəlik deyil, zövq mənbəyinə çevrilməlidir:
"Fiziki aktivliyi elə sevmək lazımdır ki, müntəzəm məşqlərə daxili ehtiyac yaransın. Çünki bədəni və ruhu möhkəmləndirən sağlam həyat tərzi yalnız o halda mümkündür ki, insana məmnunluq və sevinc bəxş etsin".
İkinci amil profilaktik tibbi müayinələr və sağlamlıq göstəricilərinə nəzarətdir. Müntəzəm çek-aplar problemləri erkən mərhələdə aşkar etməyə və orqanizmin sürətlənmiş köhnəlməsinin qarşısını almağa imkan verir. Sağlamlığa şüurlu və diqqətli yanaşma yaşla bağlı xəstəliklərin riskini azaldır.
Mütəxəssis vurğulayıb ki, arterial təzyiqin, qlükoza və xolesterin səviyyələrinin nəzarətdə saxlanılması aktiv uzunömürlülük üçün vacibdir. Araşdırmalar göstərir ki, məhz bu göstəricilərin sabitliyi yaşlı dövrdə həyat keyfiyyəti ilə sıx bağlıdır.
Üçüncü amil kimi ailə vəziyyəti göstərilir. Sosial dəstək və sabit şəxsi münasibətlər sağlamlığa və qocalma prosesinə nəzərəçarpacaq dərəcədə təsir edir.
"Müşahidələr göstərir ki, ailəli insanlar orta hesabla özlərini daha yaxşı hiss edir və daha uzun yaşayırlar", deyə gerontoloq fikrini yekunlaşdırıb.
Aydın