Sağlam yaşlanmağa gedən yol dörd növ məşqdən keçir

04.05.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Sağlam qocalmaq üçün dörd növ fiziki aktivliyi birləşdirmək lazımdır: aerobika, güc məşqləri, balans məşqləri və dartınma hərəkətləri".

Oxu.Az xəbər verir ki, bunu Gazeta.ru-ya tibb elmləri doktoru Kirill Proşayev deyib.

Mütəxəssisin sözlərinə görə, yalnız fiziki aktivliyə kompleks yanaşma qocalıqda sağlamlığı təmin edir:

"Aerobika hərəkətləri (qaçış, üzgüçülük, velosiped sürmək kimi) ürək-damar sistemini məşq etdirir, infarkt və insult riskini azaldır. Güc məşqləri sarkopeniyanın - skelet əzələ kütləsinin və əzələ funksiyasının yaşa bağlı itkisinin qarşısını almağa kömək edir".

Onun fikrincə, digər vacib fiziki hərəkət növü tarazlığı inkişaf etdirmək üçün məşqlərdir:

"Yaşa dolduqca müxtəlif səbəblərdən yıxılma riski artır və tarazlıq qabiliyyəti itirilə bilər".

Mütəxəssis əlavə edib ki, qocalıqda sağlamlığı qorumaq üçün aktiv həyat tərzinə riayət etmək lazımdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью