Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.
Yumurtanı bişirmək üçün qırdığınız zaman onun sarısının hansı rəngdə olduğuna diqqət edin. Bir çoxları bu haqda bilmir və fikir vermirlər.
Ancaq yumurta sarısı əslində sarı rəngdə olmamalıdır. Yumurta sarısının rəngi onu yumurtlayan toyuğun sağlamlığı haqqında çox deyə bilər.
Mağazalardan alınan yumurtaların sarısı isə təəssüf ki, hər zaman ideal rəngdə olmur.
Yumurta haqqında düşündükdə ilk ağla gələn həyətdə sərbəst şəkildə gəzən və yediyi buğdadan əlavə otların arasında yemək üçün qida axtaran toyuqlar olur.
Ancaq təəssüf ki, mağazada satılan yumurtaların əksəriyyətini böyük hində qapalı vəziyyətdə saxlanılan, günəşi çox az görən və təmiz havada olmayan toyuqlar yumurtlayır.
Əgər toyuğun hansı şərtlərdə saxlandığını bilmək istəyirsinizsə, yumurtanın sarısına diqqət yetirin.
Şəkildəki yumurtalardan hansı daha cəlbedici gəlir? Əgər ərzaq mağazalarından yumurta alırsınızsa, onda yəqin ki, əksər hallarda şəkildə mər