Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Reddit platformasının "AskReddit" bölməsində istifadəçilər ilk baxışda zərərsiz görünən, lakin uzunmüddətli perspektivdə sağlamlığa mənfi təsir göstərə bilən hobbilərlə bağlı təcrübələrini bölüşüblər.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, müzakirələrdə bəzi istifadəçilər müəyyən musiqi alətlərində uzun müddət çalmağın bədənə əlavə yük yaratdığını bildiriblər.
Digər bir istifadəçi isə kiçik bonsai ağaclarının yetişdirilməsi və ümumilikdə bağçılıqla məşğul olarkən torpaq və kif göbələklərinin sporlarının nəfəs yolu ilə qəbul edilməsinin ağciyərlər üçün gözlənilməz risklər yarada biləcəyini qeyd edib.
Boş vaxtlarında DJ kimi çalışan bir istifadəçi də uzun müddət yüksək səsli musiqiyə məruz qalmağın eşitmə qabiliyyətinə və ümumi sağlamlığa zərər verə biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, daha əvvəl 20 ildən artıqdır ölümcül xəstələrlə çalışan hospis tibb bacısı Penni Hokins Smit həyatın son günlərində insanların vəziyyəti ilə bağlı müşahidələrini bölüşmüşdü.
Onun sözlərinə görə, bu mərhələdə insanlar adətən getdikcə daha çox yuxulu olur və ətraf mühitə reaksiyaları zəifləyir.
Aişə Abdulova
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin