Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.
Quşları müşahidə etmək yaşlı insanlarda idrak funksiyalarının zəifləməsini ləngidə və demensiya ilə yaşayan şəxslərin psixoloji vəziyyətini yaxşılaşdırır. Yeni araşdırmalar bu fəaliyyətin beynin diqqət, görmə və tanıma ilə əlaqəli sahələrinə təsir göstərəcəyini ortaya qoyub.
Kanadanın Toronto şəhərindəki Baycrest Akademiyasının tədqiqatçısı Erik Vinqin rəhbərlik etdiyi araşdırmada təcrübəli quş müşahidəçilərinin beyin fəaliyyəti yeni başlayan şəxslərlə müqayisə edilib. MRT nəticələri göstərib ki, təcrübəli müşahidəçilərdə diqqət və vizual tanıma ilə əlaqəli bəzi beyin sahələri daha fərqlidir. Bu, yaş artdıqca idrak funksiyalarının qorunmasına kömək edir.
Almaniyada qocalar evlərində aparılan başqa bir tədqiqatda isə quş yemləyicilərinin quraşdırılması sakinlərin əhval-ruhiyyəsinə və sosial ünsiyyətinə müsbət təsir göstərib.
Mütəxəssislər bildirib ki, quşları izləmək insanlarda maraq və müsbət emosiyalar yaradır, təbiətlə əlaqəni gücləndirir və sosial ünsiyyəti təşviq edir.
Saglamolun.Az