Sağlamlığın ən ucuz resepti: Gündə 30 dəqiqə piyada gəzmək

05.08.2026

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə fitnes məşqçisi Skott Harrison danışıb.

O, gündəlik piyada gəzintinin optimal müddətinin ən azı 30 dəqiqə olduğunu bildirib.

Onun sözlərinə görə, bu müddət tam iş günü çalışan insanlar üçün belə əlçatandır. Mütəxəssis qeyd edib ki, əksər insanlar üçün 30 dəqiqəlik gəzinti ürək döyüntülərinin sürətlənməsi, qan dövranının yaxşılaşması, əzələ inkişafının və maddələr mübadiləsinin stimullaşdırılması üçün kifayətdir.

Məşqçi yarım saatlıq fiziki aktivliyin psixoloji baxımdan da üstünlüklərinin olduğunu vurğulayıb. Onun fikrincə, insanlara bir saat məşq etməli olduqları deyildikdə, bir çoxları ümumiyyətlə idmana başlamır. Lakin vaxtın 30 dəqiqə ilə məhdudlaşdırılması bu maneəni aradan qaldırır və davamlı şəkildə tətbiq edildikdə sağlamlığa əhəmiyyətli fayda verir.

O, həmçinin bir dəqiqə sürətli, bir dəqiqə isə yavaş templə yeriməyi tövsiyə edib.

“Ən vacibi odur ki, heç nə etməməkdənsə, az da olsa hərəkət etmək daha yaxşıdır. Hətta gündə 10-15 dəqiqəlik gəzinti belə faydalıdır. Daha sonra bunu tədricən 30 dəqiqəyə çatdırmaq əksər insanlar üçün real və əlçatan məqsəddir”, – deyə məşqçi bildirib.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью