Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kardioloq Denis Prokofyev gündə 10 min addım atmağın sağlamlıq üçün mütləq zəruri olması ilə bağlı fikrin mif olduğunu bildirib.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, həkimin sözlərinə görə, əsas məsələ konkret addım sayı deyil, gündəlik fiziki aktivlikdir. O, 10 min addım hədəfinin ciddi tibbi tövsiyədən daha çox marketinq məqsədi daşıdığını qeyd edib.
Prokofyev bildirib ki, sağlamlıq üçün gündə 6-7 min addım atmaq və bununla yanaşı, təxminən 30 dəqiqə fiziki fəaliyyətlə məşğul olmaq kifayət edə bilər. Onun fikrincə, fiziki aktivliyin konkret formasından daha çox, müntəzəm olması önəmlidir.
Kardioloq, həmçinin məşq zamanı ürək döyüntüsünə diqqət yetirməyi tövsiyə edib. Onun sözlərinə görə, maksimum ürək döyüntüsünü təxmini hesablamaq üçün “220-dən yaşın çıxılması” düsturundan istifadə olunur və bu həddi aşmaq təhlükəli ola bilər.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin