Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kulis.az 2024-cü ilin Ədəbiyyat üzrə Nobelçisi Han Kangın "İşıq və bağ" adlı mühazirəsini Nəriman Əbdülrəhmanlının tərcüməsində təqdim edir.
(Nobel mühazirəsi, Stokholm, 7 dekabr) Ötən yanvar ayında yaxın vaxtlarda daşınmaq məqsədilə saxlancımı gözdən keçirəndə köhnə ayaqqabı qutusuna rast gəldim.
Qutunu açanda uşaqlıq çağlarımdan qalmış bir neçə köhnə gündəlik tapdım.
Jurnal yığınlarının arasında, üz qabığında diyircəkli qələmlə “Şeir kitabı” yazılmış broşür vardı.
Nazik kitabça iki qatlanmış və tutqaclarla bərkidilmiş beş qalın A5 kağızından düzəldilmişdi.
Başlığın altına biri solda altı millimetr yuxarı qalxan, digəri sağda yeddi millimetr aşağı enən iki dalğavari cizgi əlavə eləmişdim.
Yoxsa özünəməxsus cild illüstrasiyasıydı? Bəlkə, sadəcə qaralamaydı?