Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün Azərbaycanın mərhum müğənnisi, Əməkdar artist Aygün Bəylərin ölümünün birinci ildönümüdür.
Onun bacısı Zümrüd Hümbətova Medianews.az-a müsahibə verərək ailədəki vəziyyət və bacılar arasındakı münasibətlərin gərginliyindən danışıb.Zümrüd xanım Aygün Bəylərin il mərasiminin Yeni Suraxanı qəsəbəsindəki “Nur” mərasim zalında təşkil ediləcəyini bildirib.
Lakin mərasimdə iştirak etməyəcəyini deyib:“Sağlığında ona yaxın durmayan bacılar indi guya onu çox sevirmiş kimi camaata şou göstərirlər.
Mən Aygünü ürəyimdə yaşadıram, digərləri isə göstəriş üçün nəsə edir.”Zümrüd Hümbətova, xüsusilə bacısı Aynuru ittiham edərək, onun Aygünün ölümündən sonra bütün varidatı öz nəzarətinə götürdüyünü iddia edib:“Anam rəhmətə gedən kimi evini satıb yedi.
Qardaşım tutuldu, onun da malını-mülkünü satıb yedi. İndi də Aygün rəhmətə gedib, hər şey əlindədir.
Nə istəyirsə, onu da edir.”O əlavə edib ki, Aygün sağlığında bütün var-dövlətini ona vəsiyyət etsə də, qəyyumluq sonradan Aynurun nəzarətinə keçib:“Məni hər şeydən uzaqlaşdırdılar.
Halbuki Aygün Cananı mənə etibar etmişdi. İndi kənara çəkilmişəm.