Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünən Okhatan Neo qrupunun təşəbbüsü və qrup üzvlərinin iştirakı ilə Səfəvilər dövlətinin banisi, Azərbaycan torpaqlarını birləşdirən şəxsiyyət Şah İsmayıl Xətainin vəfatının 500 illiyinə aid tədbir keçirilib.
Tədbirdə türkoloq, filologiya elmləri doktoru, alim Firudin Ağasıoğlu, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, Simsar.az saytının redaktoru Aqşin İbrahimi iştirak ediblər.
23 may 1524 - cü il tarixində vəfat edən Şah İsmayılın anım tədbiri bir qədər geciksə də, qrup üzvləri 500 illik çərçivəsində bunu qeyd etməyi özlərinə borc bildiklərini söyləyiblər.
Tədbir zamanı, Şah İsmayıl Xətainin dövlət başçısı, sərkərdə, unikal döyüşçü, şair və s. kimi xüsusiyyətləri müzakirə olunub.
Eyni zamanda bəzi mənbələrdə tarixi şəxsiyyətlə bağlı yazılan neqativ, həqiqəti əks etdirməyən məlumatlar kəskin qınanıb.
Ümumiyyətlə Şah İsmayıla aid bütün mənbələrin yenidən araşdırılmasına ehtiyac olduğu bildirilib.
Bununla bağlı müzakirələr zamanı bəzi əsaslar da səsləndirilib.