Şahbaz Şərif BƏƏ yə hücumları PİSLƏDİ

05.05.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Pakistan çərşənbə axşamı Birləşmiş Ərəb Əmirlikləri ərazisində mülki infrastruktura raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumları qətiyyətlə pisləyib.

Redaktor.az xəbər verir ki, Şahbaz Şərif X sosial şəbəkəsində paylaşım edərək Məhəmməd bin Zayed Al Nəhyan ilə tam həmrəy olduğunu bildirib.

O qeyd edib ki, Pakistan bu çətin dövrdə BƏƏ xalqının və hökumətinin yanında möhkəm dayanır.

Baş nazir vurğulayıb ki, diplomatiya üçün imkanların açılması məqsədilə atəşkəsin qorunması vacibdir və regionda davamlı sülh və sabitlik üçün dialoqa ehtiyac var.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью