Şahbaz Şərif Hindistanın hücumu haqda danışdı

07.05.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Pakistanın Hindistanın başlatdığı bu müharibə aktına qətiyyətlə cavab vermək hüququ var və qətiyyətli cavab artıq verilib.

Bu barədə Pakistanın baş naziri Şahbaz Şərif "X” səhifəsində yazıb.

O qeyd edib ki, məkrli düşmən Pakistanın beş yaşayış məntəqəsinə qorxaqcasına hücumlar həyata keçirib.

"Bütün ölkə Pakistan Silahlı Qüvvələrinin arxasındadır və bütün Pakistan xalqının əhval-ruhiyyəsi və ruhu yüksəkdir. Pakistan xalqı və ordusu düşmənlə necə mübarizə aparacağını bilir. Biz heç vaxt düşmənin öz çirkin məqsədlərinə nail olmasına imkan verməyəcəyik”, - Şahbaz Şərif deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью