Şahbaz Şərif İlham Əliyevi Pakistana dəvət edib

24.02.2025

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda səfərdə olan Pakistanın Baş naziri Şahbaz Şərif qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib və onu Pakistana dəvət edib.

“Ölkə.az” xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki səhifəsində yazıb.

"Bu gün Bakıda əziz qardaşım Prezident İlham Əliyevlə gözəl görüş keçirdim. Mənə və nümayəndə heyətimə göstərilən qonaqpərvərliyə görə ona təşəkkür etdim", - Ş.Şərif yazıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью