Şahbaz Şərif İrana gedir: Nə baş verir? KONKRET

26.05.2025

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Pakistanın Baş naziri İrana gedir.

KONKRET.az “Mashregh News”a istinadən xəbər verir ki, dörd ölkəyə səfərini davam etdirən Pakistanın Baş naziri Şahbaz Şərif bu gün Türkiyədən İrana yola düşəcək.

Məlumata görə, nazir Tehranda İran prezidenti Məsud Pezeşkianla mühüm görüş keçirəcək və tərəflər ikitərəfli əlaqələr, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik barədə fikir mübadiləsi aparacaqlar.

Qeyd olunub ki, Şahbaz Şərif İran rəsmilərinə Pakistan və Hindistan arasında son günlər yaşanan gərginlik, eləcə də regiondakı ümumi vəziyyət barədə məlumat verəcək.

Natiq Səlim,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью