Icma.az bildirir, 525.az portalına istinadən.
Pakistanın Baş naziri Şahbaz Şərif və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Asim Munir avqustun 6-da Səudiyyə Ərəbistanına səfər edəcəklər.
525.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" Pakistan mənbələrinə istinadən xəbər yayıb.
Bu səfər ABŞ-İran münaqişəsi fonunda regionda diplomatik fəallığın artdığı bir dövrdə baş tutacaq.
Daha əvvəl The National nəşri Pakistan mənbəsinə istinadən yazıb ki, ABŞ və İran Pakistanın vasitəçiliyi ilə ötən ilin iyun ayında imzalanmış anlaşma memorandumunun yeni versiyası üzərində işləyirlər. Sənəddə əsas diqqət Hörmüz boğazında gəmiçilik məsələsinə yönəldilib. "Əl-Ərəbiyyə" qəzeti 4 avqustda yazıb ki, Pakistan İran tərəfindən Hormuz boğazının beynəlxalq nəzarət altında açılması ilə bağlı müsbət siqnallar alıb.
Pərvanə Sultanova