Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanla artan gərginlik fonunda diplomatik əlaqələri gücləndirmək və dəstəyi artırmaq məqsədilə gələn həftə Türkiyə, İran və Azərbaycana səfər etməyə hazırlaşır.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Pakistanın “Daily Times” nəşri məlumat yayıb.
Şərif Hindistanla davam edən qarşıdurma zamanı göstərdikləri dəstəyə görə minnətdarlığını bildirmək üçün bu ölkələrin yüksək səviyyəli liderləri ilə görüşəcək.
Səfər çərçivəsində regional təhlükəsizlik, qlobal siyasi iqlim və uzunmüddətli əməkdaşlıq strategiyaları ilə bağlı ətraflı müzakirələr aparılacaq.
Xəzər
“Cebheinfo.az”
Açar sözlər: Şahbaz Şərif təşəkkür Azərbaycan