Şahbaz Şərifin Rusiyaya səfəri təxirə salındı

01.03.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pakistanın Baş naziri Şahbaz Şərifin martın 3-də Rusiyaya planlaşdırılan səfəri təxirə salınıb.

Axar.az xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.

“Şərifin Rusiyaya səfəri iki ölkə arasında münasibətlərin inkişafı üçün böyük əhəmiyyət kəsb edir, lakin regional və daxili vəziyyət səbəbindən onun vaxtı təxirə salınır. Səfərin yeni tarixi qarşılıqlı məsləhətləşmələrdən sonra müəyyən ediləcək”, - məlumatda qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью