Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Hindistan hakimiyyəti Pakistanın baş naziri Şahbaz Şərifin YouTube kanalına girişi bağlayıb.
Yenisabah.az xəbər verir ki, səhifəni açmağa çalışarkən bu xəbərdarlkıq peyda olur: "Bu video milli təhlükəsizlik və ya ictimai asayişlə bağlı hökumət sifarişləri ucbatından ölkənizdə əlçatan deyil".
Bundan əvvəl Hindistan hakimiyyəti Pakistan hökuməti, müdafiə nazirinin X hesabına və Pakistanın 16 TV-nin YouTube kanalına sanksiya qoyub.
Bu, aprelin 22-də Pahalqamda (Cammu və Kəşmir) baş verən terror aktından sonra baş verib.
"Dawn News", "Samaa TV", "Ary News", "Geo News" daxil olmaqla, bloklanan kanalların ümumi auditoriyası 63 milyon nəfəri əhatə edir.