Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti hökm sürür.
Muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən Axar.az-a bildirilib ki, muxtar respublikanın bəzi dağlıq və dağətəyi zonalarında yağıntı müşahidə olunur.
Şahbuz rayonunun Kükü kəndinə isə dolu düşüb. Dolunun diametri 1 santimetr təşkil edib.