Şahbuzda 69 yaşlı qadın göldə boğulub

03.07.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Şahbuzda 69 yaşlı qadın göldə boğulub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Şahbuz kəndi ərazisində yerləşən göldə baş verib. Kənd sakini, 1956-cı il təvəllüdlü Ətlas Nəbiyeva göldə boğularaq ölüb.

Faktla bağlı Şahbuz rayon prokurorluğunda araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью