Şahbuzda 69 yaşlı qadın göldə boğulub

03.07.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan, 3 iyul, AZƏRTAC

Şahbuz rayonunda bədbəxt hadisə baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Şahbuzkənd ərazisində yerləşən göldə qeydə alınıb. Belə ki, kənd sakini, 1956-cı il təvəllüdlü Nəbiyeva Ətlas Əli qızı göldə boğularaq ölüb.

Hazırda faktla bağlı Şahbuz rayon prokurorluğunda araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью