Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Şahbuzda avtomobil 40 yaşlı kişini vuraraq öldürüb.
APA xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Əmrah Gülmalıyevin idarə etdiyi "Niva" markalı avtomobil yolu keçən 1986-cı il təvəllüdlü Samir Əliyevi vurub. S.Əliyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.