Şahbuzda elektrik enerjisinin verilişi dayandırılacaq

30.10.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan, 30 oktyabr, AZƏRTAC

Oktyabrın 31-də 110/35/10 kV-luq Xalxal yarımstansiyasında aparılacaq təmir işləri ilə əlaqədar 35 kV-luq hava elektrik xəttində enerji müvəqqəti dayandırılacaq. Bununla əlaqədar, sabah saat 10:00-dan 13:00-dək Şahbuz rayonununda elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, görülən işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə yaşayan abonentlərin daha keyfiyyətli, etibarlı və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

Müxbir- Nail Əsgərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью