Şahbuzda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb

05.09.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Naxçıvan, 5 sentyabr, AZƏRTAC

Şahbuzda baş verən ağır qəzada xəsarət alanların vəziyyəti açıqlanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının həkimi Nurlan Cəfərovun verdiyi məlumata görə, yaralılar saat 21:00 radələrində xəstəxanaya çatdırılıb.

“Xəstəxanamıza 9 yaralı daxil olub. Onlardan 3-ü azyaşlı, 5-i qadın, 1-i isə orta yaşlı kişidir. Yaralılardan 2-nin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir. Hazırda onların müalicəsi stasionar şöbədə davam etdirilir”, – deyə həkim bildirib.

Müxbir- Nail Əsgərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью