Şahbuzda sabah 3 saat işıq olmayacaq

30.10.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Oktyabrın 31-də Şahbuz rayonunda elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Gununesi.info xəbər verir ki, bu barədə Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib.

Bildirilib ki, 110/35/10 kV-luq Xalxal yarımstansiyasında aparılacaq təmir işləri ilə əlaqədar 35 kV-luq hava elektrik xəttində enerjinin verilişi müvəqqəti dayandırılacaq.

Bununla əlaqədar, oktyabrın 31-də saat 10:00-dan 13:00-dək Şahbuz rayonunda elektrik enerjisinin verilişində fasilə olacaq.

Qeyd edilib ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. İşlər başa çatdıqdan sonra abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

Gununesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью