Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şahbuz rayon Daylaqlı kəndində məişət tullantıları atılan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Şahbuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahəyə yayılmasının qarşısı alınıb.
Hadisə nəticəsində 1 hektar sahədə olan məişət tullantıları yanıb.