Şahbuzun bəzi hissələrində işıq OLMAYACAQ

13.08.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Sabah Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz şəhərinin bəzi küçələrində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) Redaktor.az-a verilən məlumata görə, avqustun 14-də 35/10 kV-luq Şahbuz yarımstansiyasından qidalanan "Qəsəbə-1" 10 kV-luq hava elektrik xəttində yenidənqurma işləri aparılacaq.

Bununla əlaqədar avqustun 14-də saat 12:30-dan 14:30-dək Şahbuz şəhərinin Heydər Əliyev prospektində, Rəşid Behbudov, Bakı və 28 May küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Elektrik enerjisinin verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью