Şahdağ Qusar baş məşqçi Elnur Abdullayev və köməkçiləri ilə yollarını ayırıb

26.05.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Azərbaycanın I Liqa təmsilçisi "Şahdağ Qusar" baş məşqçi Elnur Abdullayev, həmçinin onun köməkçiləri Babək Allahverdiyev və Əlimirzə Daşzərini ilə yolları ayırıb.

Bu barədə Qusar təmsilçisinin mətbuat xidmətindən bildirilib.

Məşqçilərlə müqavilənin müddəti uzadılmayıb.

Qeyd edək ki, "Şahdağ Qusar" I Liqanı 43 xalla 5-ci pillədə başa vurub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью