“Şahdağ Qusar” futbolçu transferini rəsmiləşdirib

18.06.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Azərbaycan Birinci Liqasında çıxış edən “Şahdağ Qusar” futbol klubu yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

İdman.Biz xəbər verir ki, bu barədə “Şahdağ Qusar” Futbol Klubu məlumat yayıb.

Bildirilir ki, komanda “Qəbələ”dən Mehrac Baxşalını icarə əsasında heyətinə qatıb. 23 yaşlı futbolçu cari mövsümün sonuna qədər “Şahdağ Qusar”da çıxış edəcək.

Qeyd edək ki, Mehrac Baxşalının son klubu “Ordu” olub.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью