Şahdağ Qusar iki transfer etdi

20.11.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Şahdağ Qusar" iki transfer etdi

"Şahdağ Qusar" iki yeni oyunçu ilə müqavilə imzalayıb.

QOL.az xəbər verir ki, bu barədə 1-ci liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Kvaku Adjei və Orxan Fərəcov bundan sonra “Şahdağ Qusar”ın şərəfini qoruyacaqlar. 

23 yaşlı qanalı hücumçu Kvaku Adjei 40, 25 yaşlı yarımmüdafiəçi Orxan Fərəcov isə 77 nömrəli forma ilə çıxış edəcək.

Adjey son olaraq ölkəsində "Legon Sities" klubunda çıxış edib. Fərəcovun son klubu isə "Bakı Sportinq" olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью