Şahdağ Qusar ın baş məşqçisi növbəti qələbəyə köklənib AÇIQLAMA

16.09.2026

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

1-сi Liqanın 3-cü turunda ilk 2 çempionat oyununda maksimum xal toplayan "Şahdağ Qusar" qonaq qismində "Şimal" ilə üz-üzə gələcək.

Qusar təmsilçisinin baş məşqçisi Füzuli Məmmədovla əlaqə saxlayıb bu qarşılaşmadan nə gözlədiyini soruşduq. 

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Şimal" əvvəlki turda MOİK-lə heç-heçə edərək (1:1) heç kimdən zəif olmadığını göstərdi. Çox ciddi, intizamlı rəqiblə üz-üzə gələcəyik. 

Çempionluğa oynayırıqsa, hər matça qələbə üçün çıxmalıyıq. Əvvəlki iki oyuna necə hazırlaşmışıqsa, bu qarşılaşmaya da eyni qaydada hazırlaşmışıq. "Şimal" ilə oyuna yalnız qələbə üçün çıxacağıq".

Qeyd edək ki, "Şimal" - "Şahdağ Qusar" görüşü Şamaxı OİK stadionunda keçiriləcək. Matçın start fiti 16:30-da səsləndiriləcək.

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью