Şahdağ Qusar ın hücumçusu Qaradağ Lökbatan la anlaşdı | Icma.az
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. "Şahdağ Qusar"ın hücumçusu Tural Qürbətov klubunu dəyişib.
Sport24.az-ın əldə etdiyi məlumata görə, Qürbətov karyerasını II Liqa təmsilçisində davam etdirəcək.
Ötən mövsüm vurduğu qollarla Qusar klubunun I Liqaya yüksəlməsində pay sahibi olan forvard "Qaradağ Lökbatan"la anlaşıb.
32 yaşlı futbolçu qarşıdakı mövsümü qəsəbə təmsilçisinin uğurları üçün çalışacaq.
Qeyd edək ki, Qürbətov karyerası ərzində "Kəpəz", "Rəvan", "Xəzər Lənkəran" kimi elita klublarının şərəfini qoruyub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu