Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Futbol üzrə Azərbaycan I Liqasında V turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, lider "Şahdağ Qusar" Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda "Xankəndi"nin qonağı olub. Qarşılaşma ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Məğlubiyyətə baxmayaraq, "Şahdağ Qusar" liderliyini davam etdirir. Mövsümdə ilk qələbəsini qazanan "Xankəndi" isə 5 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
"Xankəndi" - "Şahdağ Qusar" 1:0
Qol: B.Teymurov, 88