Şahdağ Qusar Mingəçevir i sınaq matçında kötəklədi

25.09.2026

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qısa istirahətdən sonra sentyabrın 21-də məşqlərini bərpa edən 1-ci liqa təmsilçisi "Şahdağ Qusar" bu gün yoxlama oyunu keçirib.

Fanat.Az xəbər verir ki, Füzuli Məmmədovun rəhbərlik etdiyi Qusar təmsilçisi Binə qəsəbə stadionunda digər 1-ci Liqa komandası "Mingəçevir"lə üz-üzə gəlib.

Saat 11:00-da başlayan görüş "Şahdağ"ın 8:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, ilk 3 turda maksimum nəticə göstərən "Şahdağ Qusar" 1-ci Liqanın turnir cədvəlinin zirvəsində mövqe tutub. 1 xala malik "işıqçılar" isə 8-ci sıradadır.

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью