“Şahdağ Qusar” Premyer Liqa təmsilçisini məğlub etdi

14.11.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Şahdağ Qusar” yoxlama matçında qüvvəsini sınayıb.

Apasport.az xəbər verir ki, I Liqa təmsilçisi Misli Premyer Liqasında çıxış edən “Şəfa” ilə qarşılaşıb.

Görüş Qusar klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Şahdağ Qusar” I Liqada 18 xalla turnir cədvəlinə başçılıq edir. “Şəfa” isə Misli Premyer Liqasında 5 xalla 11-ci pillədə qərarlaşıb.

“Şahdağ Qusar” növbəti rəsmi oyununda “Gəncəbasar”la, “Şəfa” isə “Qəbələ” ilə üz-üzə gələcək.

Yığmamız Omanla qarşılaşacaq Millimizin heyətində dəyişiklik “Naxçıvan”dan yeni transfer - RƏSMİ “Mingəçevir” məşqləri bərpa etdi – EKSKLÜZİV "Mingəçevir" baş məşqçisi ilə yollarını ayırdı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью