Şahdağ Qusar və Səbail cərimə olundu

16.09.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

AFFA İntizam Komitəsi I Liqada çıxış edən iki klubu cərimələyib. Sport24.az xəbər verir ki, bunlar "Şahdağ Qusar" və "Səbail"dir.

Qusar təmsilçisinin 5 futbolçusu I turda MOİK-lə oyunda sarı vərəqə alması səbəbindən 210 manat, 90+1-ci dəqiqədə azarkeşlərinin meydançaya kənar əşyalar atmaları üzündən isə 700 manat ziyana düşüb.

Paytaxt klubu isə "Mingəçevir"lə ev matçında 4 futbolçusu sarı vərəqə alması ilə əlaqədar 210 manat, azarkeşləri pirotexniki vasitədən istifadə etdiklərinə görə 900 manat ödəyəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью