Icma.az bildirir, Apasport portalına istinadən.
“Şahdağ Qusar” heyətini iki yeni legionerlə gücləndirib.
Apasport.az xəbər verir ki, I Liqa təmsilçisi kamerunlu Arsene Dauda və anqolalı Jose Cristovao Zenqo ilə müqavilə imzalayıb.
21 yaşlı yarımmüdafiəçi Arsene Dauda mövsümün sonuna qədər qüvvədə olacaq sözləşməyə imza atıb. Onun son klubu “Cəbrayıl” olub.
21 yaşlı yarımmüdafiəçi Jose Cristovao ilə isə 1+1 illik müqavilə bağlanıb. “Messias” ləqəbi ilə tanınan futbolçu Anqolanın “Petro Luanda” klubunun yetirməsidir. O, daha sonra Portuqaliyanın “Vizela” və Xorvatiyanın “Kustosija” komandalarının formasını geyinib.
Emreli fərqləndi, komandası KL-də qələbə qazandı - VİDEO Qurban Qurbanov: “Heç-heçəni sürpriz hesab etmirəm” AL: “Qarabağ” ÇSKA ilə bacarmadı - YENİLƏNİB KL: "Zirə" “Payde”yə məğlub oldu - YENİLƏNİB “Səbail”in yay hazırlıq planı müəyyənləşib