“Şahdağ Qusar”dan “Səbail”ə

07.07.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

2026/2027-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” PFK heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, son olaraq “Şahdağ Qusar”da çıxış etmiş 24 yaşlı futbolçu Cavad Qurbanlı heyətə cəlb olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Dənizçilər” Qurbanlı ilə 1 illik müqavilə imzalayıb.

“Səbail” yeni mövsümdə I Liqada mübarizə aparacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью