Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Futbol üzrə Azərbaycan Birinci Liqasında çıxış edən “Şahdağ Qusar” komandasının idman direktoru Məhəmməd Bədəlbəyliyə töhmət verilib.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Funksioner futbolla bağlı sənədlərdə səhlənkarlığa yol verdiyinə görə bu halla üzləşib.
Xatırladaq ki, “Şahdağ Qusar” hazırda Birinci Liqada doqquz xalla liderdir.