“Şahdağ Turizm Mərkəzi”ndə yoxlama aparılacaq

09.08.2025

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

“Şahdağ Turizm Mərkəzi” QSC-də audit yoxlaması aparılacaq.

Tribunainfo.az xəbər verir ki, qurum bununla bağlı tender elan edib.

Audit xidmətinin satın alınması məqsədi ilə QSC-nin 32 min 70 manat vəsait ayrıldığı qeyd edilir.

Bildirək ki, açıq mənbələrdə QSC-nin 2022-ci ildən bəri hər hansı audit keçirməsinə dair məlumat yoxdur. Daha doğrusu, “Şahdağ Turizm Mərkəzi” indiyə qədər özünün maliyyə vəziyyətini yoxlamaq üçün hər hansı addım atmayıb.

Fərda Uğur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью