Şahdağ Turizm Mərkəzinin sədri: Ölkəmizdə xizəklə məşğul olan uşaqların sayı ildən ilə artır

01.02.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qusar, 1 fevral, AZƏRTAC

"Artıq 3-cü ildir ənənəvi olaraq Heydər Əliyev Kubokunu təşkil edirik. Əsas məqsədimiz qış idman növlərinin inkişafı, təbliğatı, insanlarda dağ xizəyinə marağın artırılması və "Şahdağ" Turizm Mərkəzinə turistlərin cəlb edilməsidir".

AZƏRTAC xəbər verir ki, bu sözləri "Şahdağ" Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov həvəskar xizəkçilər arasında keçirilən Heydər Əliyev Kubokunun açılışından sonra jurnalistlərə açıqlamasında deyib.

O, uşaqlar arasında dağ xizəyinə olan marağı müsbət qiymətləndirib: "İldən-ilə bu idman növü ilə məşğul olan uşaqların sayı artır. Biz iki ildir “Şahdağ” xizək klubunu yaratmışıq. Bu klubun 28 üzvü var. Uşaqlar ilboyu məşq edirlər və biz onları müxtəlif beynəlxalq yarışlara göndəririk. Artıq bu uşaqlar Türkiyədə keçirilən 2 turnirdə iştirak ediblər. Ümid edirəm ki, illər keçdikcə xizəklə məşğul olan peşəkar idmançılarımızın sayı artacaq".

Qeyd edək ki, Heydər Əliyev Kubokunda müxtəlif yaş kateqoriyasında olan 50 uşaq birincilik uğrunda mübarizə aparır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью