Şahdağ və Qaxda qar yağır FAKTİKİ HAVA

18.12.2024

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dekabrın 18-i saat 16:00-a olan məlumatına əsasən hazırda Şahdağ və Qaxda (Sarıbaş) qar yağır.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, ölkə ərazisinin bəzi yerlərində arabir güclənən qərb küləyi əsir.

Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Zaqatalada 30 m/s, Şahdağda 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şamaxıda 21 m/s, Kəlbəcərdə 18 m/s, Zəngilanda 17 m/s, Tərtərdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s, Naftalanda 14 m/s-yə çatır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью